Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

25 Dekabr 2024 20:58 (UTC+04:00)

Təyyarə qəzasında xəsarət alanlara tibbi yardım üçün Astanadan Aktauya sanitar aviasiya təyyarəsi enib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təyyarədə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin iki reanimatoloq, 4 travmatoloq, neyrocərrah və kombustioloqdan (yanıq mütəxəssisi) ibarət səyyar briqadası gəlib.