İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. SİA məlumatına görə, nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib:
Qəza nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.
Allah rəhmət eləsin!