Böyük Britaniya 10 il ərzində müdafiə xərclərini 14 faiz artırıb

26 Dekabr 2024 00:24 (UTC+04:00)

...Və eyni zamanda, bu dövrdə İran, Çin və Rusiyanın müdafiə xərcləri müvafiq olaraq 57, 60 və 34 faiz artıb. Oktyabr ayında Britaniyanın Maliyyə nazirliyi gələn il üçün hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq ayrılmasını təsdiqləyib

...Bəli, Britaniyanın müdafiə xərcləri 2012-ci ildən 2022-ci ilə qədər 14 faiz artıb, lakin Londonun geosiyasi rəqibləri hərbi maliyyələşdirməni daha da artırıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “The Times”ın məlumatına görə, İran, Çin və Rusiyanın müdafiə xərcləri bu dövr ərzində müvafiq olaraq 57, 60 və 34 faiz artıblar.

Oktyabrda Britaniyanın Maliyyə nazirliyi gələn il üçün hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq ayrılmasını təsdiqləyib ki, bu da Rusiya rəqəminin yarısıdır.

Baş nazir Keir Starmer qeyd edib ki, London müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdırmağı planlaşdırır.

Lakin o, bu məqsədə nə vaxta çatmağın planlaşdırıldığını dəqiqləşdirməyib.

İngiltərənin hazırkı hərbi xərcləri təxminən 2,3 faiz təşkil edir.

Bundan əvvəl Donald Tramp Avropadakı NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı tələb etmək niyyətində olduğunu açıqlamışdı. Xatırladaq ki, Böyük Britaniya sonuncu dəfə 1980-ci illərin ortalarında Soyuq Müharibə zamanı müdafiəyə bu qədər vəsait xərcləyib.

Yeri gəlmişkən, bəzi iddialara görə, Trampın Ukraynaya xərcləri artırmaq üçün NATO-ya təzyiqi artıracağı bildirilirdi.

Əli Babayev