Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus “Azərtibbtəchizat” MMC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini yanvarın 15-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 43 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 15-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.