Belçika səfiri Azərbaycana başsağlığı verib

25 Dekabr 2024 14:36 (UTC+04:00)

Belçika Krallığının Bakıdakı səfiri Julyen de Frepon (Julien de Fraipont) AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. SİA xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Qazaxıstanda təyyarə qəzası xəbəri məni şoka saldı və kədərləndirdi. Biz həlak olanların ailələri ilə həmrəyik", - diplomat qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 28-i qəzadan sağ çıxıb.