Serbiya Prezidentindən Azərbaycana başsağlığı

25 Dekabr 2024 14:27 (UTC+04:00)

Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.