“Böyük kədər hissi ilə bildirmək istəyirik ki, Bakı-Qroznı reysini həyata keçirən təyyarəmiz Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib”. SİA xəbər verir ki, bunu AZAL-ın mətbuat katibi Fərid Hüseynov Aktauda baş verən təyyarə qəzası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, 67 nəfər olub. 37 nəfər Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Ölən və yaralananların sayı açıqlanacaq”.
“Prezidentin tapşırığına uyğun olaraq, müşavirə keçirilib, həmçinin xüsusi istintaq qrupu yaradılıb. Baş prokururun müavini artıq Qazaxıstandandır. Reysdə olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb”, - qurum rəsmisi əlavə edib.