Aktau sakinləri təyyarə qəzasında yaralananlar üçün qan verməyə gedirlər

25 Dekabr 2024 13:59 (UTC+04:00)

Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan verməyə gedirlər. Bu barədə SİA-ya Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

"Aktaunun sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün şəhər qan mərkəzinə qan verməyə gəliblər", - yerli mətbuat yazıb.

Polis əməkdaşları meyitlərin şəhər morquna aparılacağını təsdiqləyiblər.