Türkiyə XİN təyyarə qəzası ilə bağlı başsağlığı verib - FOTO

25 Dekabr 2024 13:46 (UTC+04:00)

Bakı-Qroznı səfərini həyata keçirən sərnişin təyyarəsinin bu səhər Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərin kədər hissi keçiririk. SİA xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Bu faciəvi hadisədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə təcili şəfa diləyirik. Bu çətin günlərində azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.