ABŞ səfirliyi Azərbaycana başsağlığı verib

25 Dekabr 2024 12:59 (UTC+04:00)

ABŞ səfirliyi bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib. SİA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"ABŞ səfirliyi baş verən təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.