Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

25 Dekabr 2024 12:50 (UTC+04:00)

Türkiyənin “Baykar Technology” şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə o, "X" hesbında paylaşım edib.

"Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə Allahdan rəhmət, Can Azərbaycan xalqına səbr diləyirəm", - S.Bayraktar qeyd edib.