Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik edəcəyi dövlət komissiyası yaradılıb. Bu barədə SİA “Kazinform”a istinadən xəbər verir.
Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib.
Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda Aktau şəhər hava limanı açıqdır və ştat rejimdə fəaliyyət göstərir.