Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxstana yola düşüblər. SİA-nın məlumatına görə, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.