Azərbaycanın Aktaudakı baş konsulluğunun nümayəndələri qəza baş verən ərazidədirlər

25 Dekabr 2024 12:09 (UTC+04:00)

Azərbaycanın Aktaudakı baş konsulluğunun nümayəndələri təyyarənin qəzaya uğradığı yerdədirlər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Astanadakı səfirliyindən məlumat verilib.

Qazaxıstan KİV-ləri xəbər verir ki, Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay da hadisə yerinə gəlib.