Bu ilin noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 40 min 888 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Həmin vətəndaşların 181 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 479 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 min 889 nəfəri mərkəzi, 36 min 339 nəfəri isə regional filiallarda qəbul edilib.