Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində vətəndaşları qəbul edəcək. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qəbul dekabrın 26-da keçiriləcək.
Ombudsmanın qəbulu aparatın Şimal Regional Mərkəzində saat 10:00-da Quba şəhəri, Yusif Qasımov küçəsi 68 ünvanında keçiriləcək.
Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.