“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. SİA bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.