Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,28% artaraq 2 635,5 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,31% artaraq 30,28 ABŞ dollarına bərabər olub.