Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edəcək

25 Dekabr 2024 09:30 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, sədr Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşlarla saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, [email protected], [email protected]) müraciət etməlidirlər.