Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo Milad tətili üçün ailəsi ilə birgə Finlandiyanın Laplandiya bölgəsinə səfər edib. SİA xəbər verir ki, forvard bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Ronaldonun qarlı havada buzlu suya girməsi izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Bundan başqa ulduz futbolçu ailəsi ilə Şaxta baba ilə görüşüb və əyləncəli anlar yaşayıblar. Kriştiano tətildən görüntüləri yutub kanalında da bölüşüb.