İrandan "WhatsApp" və "Google Play"lə bağlı gözlənilməz qərar

25 Dekabr 2024 04:34 (UTC+04:00)

İranda “WhatsApp” messencerindən, həmçinin “Google Play” proqram mağazasından istifadəyə qoyulan qadağanın aradan qaldırılması qərara alınıb. SİA xəbər verir ki, bu barədə IRNA dövlət xəbər agentliyi məlumat yayıb. Bu qərar İnformasiya Təhlükəsizliyi üzrə Ali Şurada səs çoxluğu ilə təsdiq edilib. Xatırladaq ki, "WhatsApp" və "Instagram" 2022-ci ilin sentyabrında etiraz aksiyalarından sonra ölkədə bloklanıb.