...İspaniyanın Barselona şəhərində rus turist ailəsindən içərisində pul və sənədlər olan çamadan oğurlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ailənin anası Instagram-dakı marianna_band səhifəsində danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, videonun müəllifi qeyd edib ki, onlar həqiqətən də Avropanın məşhur şəhərinə səyahəti səbirsizliklə gözləyirdilər, lakin şəhərə gələrkən hava limanında dəhşətli hadisə baş verib.
...Biz sözün əsl mənasında bir neçə saniyə arxamızı çevirdik və çamadanımız oğurlandı.
Bunu deyən rus qadın bildirib ki, kömək edib əşyalarını geri qaytaracaqları ümidi ilə polis idarəsində bir neçə saat qalıblar, lakin nəticəsi olmayıb.
Beş gün sonra turistlərə məktub gəlib ki, əşyaları tapılıb, lakin baqajlarında pul yoxdur.
...Bizə dedilər ki, bir nəfər bizim çantamızı dəmiryol vağzalında tapıb və polisə gətirib.
Qadın, vəziyyətin onlar üçün şok olduğunu etiraf etdi. ...Bundan əvvəl Moskvanın Domodedovo hava limanının əməkdaşı sərnişindən lüks saat oğurlayıb və yaxalanıb.
...42 yaşlı Şimali Osetiya sakini Vladiqafqaza uçmağa hazırlaşarkən paytaxtın hava limanının gediş zonasında markalı aksesuarı unudub.
Əli Babayev