Qazaxda ağacəkmə aksiyası keçirilib

24 Dekabr 2024 21:02 (UTC+04:00)

Qazax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.

SİA xəbər verir ki, bu tədbirlər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil edilib.

Qazax rayonunun Orta Salahlı kəndində keçirilən aksiya zamanı 1000 ədəd Xan çinarı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.