Britaniyada bir milyon ailə evlərini isitməkdə çətinlik çəkir

24 Dekabr 2024 20:20 (UTC+04:00)

Britaniyada hökumət statistikasının təhlilinə əsasən, 16 yaşından kiçik uşaqları olan ailələrin 17.6 faizi evlərini qızdırmaqda çətinlik çəkir.

SİA xəbər verir ki, bu göstərici 2023-cü ildə bütün ev təsərrüfatları arasında 13 faiz idi. Liberal Demokratlar tərəfindən aparılan təhlilə görə, bu məsələ ilə bağlı ən çox zərər çəkən bölgələr Qərbi Midlands, Yorkşir və Hamber olub.

Həmçinin qeyd olunub ki, 2023-cü ildə ev təsərrüfatlarının 36.4 faizi, yəni 8.91 milyon insan - mənzil xərcləri çıxıldıqdan sonra gəlirlərinin 10 faizindən çoxunu enerjiyə sərf edib. Bu rəqəm əvvəlki illə müqayisədə 9 faiz artıb.

Britaniyada ev təsərrüfatı ilə bağlı qiymətlərin gələn ilin yanvar ayında daha da artacağı gözlənilir.