Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” futbol klubunun şikayətini təmin etməyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər Liqasında “Zirə” ilə keçirilmiş oyunda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun diskvalifikasiya olunan “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyevlə bağlı İntizam Komitəsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bildirilib ki, maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.