“Əsədin qalası”nın taleyi bəlli oldu

24 Dekabr 2024 19:54 (UTC+04:00)

Suriyanın yeni hakimiyyət orqanları Latakiya əyalətində və Suriyanın digər bölgələrində əsgərlərin yenidən qeydiyyata alınması üçün mərkəzlər açıb.

SİA-nın məlumatına görə, bu barədə Financial Times (FT) yazır.

Jurnalistlərin Latakiyanın “Əsədin qalası” adlandırdıqları yerdə yüzlərlə keçmiş hərbçi növbəyə dayanıb. Onları devrilmiş prezident Bəşər Əsədin portretlərinə tüpürməyi tələb edən “Həyat Təhrir əl-Şam” (HTS; terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş) qruplaşmasının döyüşçüləri müşayiət edir.

Yeni hakimiyyətin fikrincə, belə mərkəzlərin köməyi ilə insanları tərksilah etmək və ölkədə təhlükəsizliyi təmin etmək mümkün olacaq.

Latakiyanın özündə bir çoxları hakimiyyətin ələ keçirilməsinin qanunsuzluq və qisas dövrünə başlayacağından qorxur.

Bundan əvvəl Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şara üsyançı qrupların ləğvi ilə bağlı razılığa gəlib və onları Müdafiə Nazirliyinin himayəsi altında birləşdirmək qərarına gəlib.

Əli Babayev