İranın hökumət sözçüsü Fatimə Mühacirani Suriya ilə qarşılıqlı olaraq səfirliklərin yenidən açılması üçün danışıqların davam etdiyini bildirdi.
SİA-nın məlumatına görə, Fatimə Mühacirani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında "Səfirlik məsələsində yanaşmamız tamamilə diplomatikdir. Həm biz hazırıq, həm də Suriya tərəfi hazırdır. İki ölkənin səfirliklərinin yenidən açılması üçün məsləhətləşmələr aparırıq" deyib.
O, Tehranın Suriyanın ərazi bütövlüyünə önəm verdiyini vurğulayaraq "Xalqın iradəsinə əsaslanan bir hökumətin qurulması və ərazi bütövlüyünün qorunması bizim üçün prioritetdir. Terrorizmin yayılmasının qarşısının alınması təkcə İranın deyil, bütün bölgənin xeyrinədir" ifadələrini işlədib.