Messinin yer aldığı Pagani Zonda üçün 100.000 qızıl sikkə istifadə edilib

24 Dekabr 2024 23:05 (UTC+04:00)

Mayamidə avtomobil və incəsənət aləmlərini birləşdirməsi ilə məşhur olan Art Basel sərgisində unikal art-obyekt - qızıl sikkələrdən hazırlanmış Pagani Zonda F hiperkarının tam ölçülü replikası təqdim olunub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu nümunə avtomobil kolleksiyaçısı Xorxe Qomezin sifarişi ilə uruqvaylı rəssam Xoakin Arbiza tərəfindən yaradılmışdır. Zonda replikasını yaratmaq üçün 100.000-dən çox Uruqvay qızıl sikkələrindən istifadə edilib.

Superkarın hər bir detalı, o cümlədən kuzov panelləri və təkərlər inanılmaz dəqiqliklə təkrar istehsal edilib.

Sənətçi bu layihəyə üç il sərf edərək, təxminən 500.000 qaynaq birləşməsini düzəldib. Quruluşun son çəkisi 1250 kq idi, yəni orijinal Zonda ilə eyni.

Bu əsərin əsas xüsusiyyəti futbolçu Lionel Messinin avtomobilin ön hissəsində qara sikkələrdən düzəldilmiş şəklidir. Burada nə mühərrik, nə də elektronika yoxdur, bu Zonda Uruqvaylı rəssamın avtomobil sənətinə verdiyi qiymətdir.

Nazlı Almuradova