Çin brendi Nio yeni elektrik hetçbek Firefly təqdim etdi

24 Dekabr 2024 23:15 (UTC+04:00)

...Nio şirkəti Firefly brendi altında ilk elektrik avtomobilini - Firefly EV kompakt hetçbekini elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, satışların başlanması 2025-ci ilin aprelində planlaşdırılır.

Firefly EV kompakt hetçbekdir, onun dizaynı üç dəyirmi faralar və qara kölgəli radiator barmaqlığı ilə vurğulanır. Hetçbekin dəqiq ölçüləri məlum deyil, lakin o, böyük ehtimalla Volkswagen ID.3 (uzunluğu təxminən 4,3 m) ilə müqayisə edilə bilər.

Kompakt ölçülərinə baxmayaraq, Firefly EV-nin maksimal həcmi 1250 litr olan geniş baqajı var, arxa sıra qatlanmış halda...

Spesifikasiyalar hələ açıqlanmayıb. Avtomobil çox güman ki, gücü konfiqurasiyadan asılı olan bir elektrik mühərriki ilə təchiz olunub. Korpusun 83,4 faiz yüksək möhkəmlikli poladdan hazırlandığı və nəticədə 35,700 Nm/dərəcə burulma sərtliyinə malik olduğu bildirilir. Hetçbekdə 9 təhlükəsizlik yastığı və sürücüyə yardım sistemi (ADAS) var.

Nazlı Almuradova