Bir-iki kiloqram kökələcəm deyə, indi mən...

24 Dekabr 2024 23:26 (UTC+04:00)

Bir qayda olaraq, Yeni il bayramları yeyib içməklə sıx bağlıdır. Nəticədə, bayram həftəsinin sonuna qədər müəyyən miqyasda əlavə çəki toplamaq qeyri-adi deyil.

Yeni il masasında həddindən artıq yeməkdən necə qaçmaq olar?

SİA-nın məlumatına görə, Yeni il şənliklərinin çəki artımına səbəb olmasının qarşısını almaq üçün mütəxəssislər bayram həftəsonu yemək miqdarına nəzarət etməyi məsləhət görürlər.

...Maraqlıdır, məsələn, bəzi mtəxxəsislər içməli suyu iştahınızı idarə etməsinə kömək edəcəyini deyirlər.

...Guya sadə qaydalara riayət etməklə və bayramlara rasional yanaşmaqla siz təkcə yeməyin dadından deyil, həm də sağlamlığınızdan həzz ala bilərsiniz.

Yeni il yeməklərinə gəlincə, masaya sağlam qəlyanaltılar vermək daha yaxşıdır.

Alkoqollu içkiləri minimuma endirin və ya daha yaxşısı, tamamilə imtina edin..? (...nə var, nə var...bir-iki kilo kökələ bilərəm deyə indi mən yeyib içməkdən imtina etməliyəm-A.B.)

Həkimlər bid rə deyirlər ki, gündəlik gəzintiləri və məşqləri unutmayın.

Nazlı Almuradova