Məhkəmələrdə inzibati xətalarla bağlı protokol tərtib edən vəzifəli şəxslərin siyahısında dəyişiklik
24 Dekabr 2024 17:04 (UTC+04:00)
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.