Dələduzluqda ittiham olunan qadına hökm oxunub

24 Dekabr 2024 15:43 (UTC+04:00)

Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il altı ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.