...Rusiyanın Novosibirsk vilayətinin hakimiyyəti bir sıra ərzaq məhsullarının qiymətlərini dondurmağı və mağazalarda “sosial rəflər” yaratmağı planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə TASS-a bölgə prokuroru Aleksandr Buxman bildirib.
Onun sözlərinə görə, regional Sənaye və Ticarət Nazirliyi bəzi malların qiymətlərini dondurmaq üçün bir sıra istehsalçı və pərakəndə satış şəbəkələri ilə müqavilə bağlayıb. Mağazalarda çörək, tərəvəz və dənli məhsulların yerləşəcəyi “sosial rəflər” olacaq.
…Xatırladaq ki, 2024-cü ilin dekabrında Vladimir Putin Rusiyada illik inflyasiyanın 9,2-9,3 faiz səviyyəsində olduğunu və bunun “həyəcanverici siqnal” olduğunu söyləyib. Putinin sözlərinə görə, maaşlar il ərzində real ifadədə 9 faiz artıb.
Mərkəzi Bank inflyasiyanın azaldılmasına ümid edərək 2024-cü ildə əsas faiz dərəcəsini tədricən 21 faizə qaldırıb, lakin onun səviyyəsi yüksək olaraq qalır.
Marketoloqların araşdırmaları göstərdi ki, əksər məhsulların qiymət artımı rəsmi inflyasiya səviyyəsindən nəzərəçarpacaq dərəcədə yüksəkdir.
Belə ki, il ərzində kartof 110, soğan 87, bolqar bibəri 65, çörək və duz isə 20 faiz bahalaşıb.
Mütəxəssislər yüksək inflyasiyanın səbəblərindən birinin Ukraynada müharibə aparmağa çəkilən xərclərin artmasıdır.
…Və Rosstatın məlumatına görə, Rusiyada 11,8 milyon insan yaşayış minimumundan aşağı gəlirlə yaşayır ki, bu da hazırda ayda 15 min 679 rubl təşkil edir. İl ərzində yoxsulların sayı, idarənin hesablamalarına görə, iki milyon nəfər azalıb. İnsider yazıb ki, Rosstat göstəriciləri formal olaraq yaxşılaşdırmaq üçün yoxsulluq səviyyəsinin hesablanması metodologiyasını dəyişib. Rusiyada yoxsulluq həddində yaşayanların faktiki sayı 15 milyondan 18 milyon nəfərə qədər ola bilər..?
Əli Babayev