Kür çayının Zərdabdan keçən hissəsində bir nəfər batıb

24 Dekabr 2024 13:31 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.