Mixail Qutseriyev və Vahid Ələkbərov İlham Əliyevi təbrik ediblər

24 Dekabr 2024 13:22 (UTC+04:00)

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikində M.Qutseriyev qeyd edib ki,

İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Prezidentə təbrikində İlham Əliyevin həyatını bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etdiyini vurğulayıb:

“Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb”.