...Alimlər Londondan Nyu-Yorka 2 saata uça biləcək təyyarə layihəsini açıqlayıblar Pekində yerləşən Kosmik Nəqliyyat şirkəti Yunxing adlı səsdən sürətli təyyarə üzərində işləyir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, planlar reallaşarsa, Yunxing saatda 4900,45 kilometr sürət yığa biləcək: bu, onun ən sürətli rəqibi - NASA-nın Son of Concorde təyyarəsindən üç dəfə sürətlidir.
Yunxing korpusu xüsusilə davamlı materiallardan ibarət olacaq, çünki o, böyük temperatur dəyişikliklərinə tab gətirməli olacaq.
Təyyarənin "ürəyi" daxil olan havanı sıxmaq üçün mühərrikin özünün irəli hərəkətindən istifadə edən "ramjet mühərrikidir". Təyyarə raketlər kimi şaquli şəkildə qalxıb enə biləcək. Sınaq uçuşu 2027-ci ilə planlaşdırılıb.
Uğurlu olarsa, ilk kommersiya sərnişinləri 2030-cu ildə Yunxing üzərində uçacaq.
Nazlı Almuradova