Fransada yeni hökumət quruldu

24 Dekabr 2024 10:51 (UTC+04:00)

Dekabrın 13-də Fransanın baş naziri vəzifəsinə təyin olunan Fransua Bayru yeni hökuməti qurduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yelisey Sarayının baş katibi Aleksis Kohler sağ mərkəzçi Demokratik Hərəkat Partiyasından baş nazir təyin edilən və 10 gündür siyasi partiyalarla danışıqlar aparan Fransua Bayrunun yeni hökumət qurduğunu açıqlayıb.

Bayrunun kabinetində keçmiş baş nazir Elizabet Borne təhsil naziri, digər keçmiş baş nazir Manuel Vals dəniz kənarı ərazilər naziri, Erik Lombard maliyyə naziri, keçmiş daxili işlər naziri Cerald Darmanin isə ədliyyə naziri təyin edilib. Ketrin Votrin səhiyyə naziri, Loran Markangeli dövlət xidməti naziri, Enni Genevard kənd təsərrüfatı naziri, Mari Barsak idman və gənclər naziri, Fransua Rebsamen ətraf mühit naziri təyin edilib. Müdafiə naziri Sebastyan Lekornu, xarici işlər naziri Jan-Noel Barrot, daxili işlər naziri Bruno Retaylo və mədəniyyət naziri Raçida Dati kabinetdəki yerlərini qoruyublar.