Husilər Tel-Əvivə PUA-larla hücum etdi

24 Dekabr 2024 02:03 (UTC+04:00)

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Tel-Əviv və Aşkelona pilotsuz təyyarələrlə hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Məlumata görə, zərbələr iki “Jaffa” pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib. Husilər bütün hədəfləri uğurla vurduqlarını bildiriblər