...Rusiyanın tatar əsilli aktyoru Marat Alimcan oğlu Başarovun reputasiyası elə də yaxşı olmasa da, amma bir kişi kimi qadınlar arasında populyardır.
SİA-nın əldə etdiyi məlumata görə, aktyor bir müddət əvvəl keçmiş həyat yoldaşının onu geri qaytarmağa çalışdığını bildirib.
Qeyd edək ki, Marat Başarov iki dəfə evlənsə də, amma hər iki evliliyi pozulub. Səbəb, deyilənə görə arvadlarını yaman döyürmüş...
Deməli, Başarov birinci həyat yoldaşı Yekaterina Arxarovadan 2015-ci ildə, ikinci həyat yoldaşı Yelizaveta Şevırkovadan isə 2019-cu ildə boşanıb.
Qeyd etdiyimiz kimi, boşanmaya səbəb onları döyməsi olub.. Keçmiş arvadlar məşhuru onlara qarşı dəfələrlə əl qaldırmaqda ittiham ediblər.
Amma buna baxmayaraq, köhnə şikayətləri unudan ikinci arvad ona qayıtmaq istəyir.
Deyim ki, aktyor bu barədə NTV kanalında da danışıb. Və o, Şevırkovanın özü ondan boşanmaq istədiyini xatırladıb.
...Ailəni xilas etməyə çalışdım, amma heç nə alınmadı. Çox narahat idim, əlbəttə. Ailəmi geri qaytarmağa çalışdım.
Başarov xatirələrini bölüşüb.
Bir müddət sonra o, indiki sevgilisi Asya Borisova ilə tanış olub.
Lakin məlum olub ki, Şavırkova köhnə hisslərini unutmayıb və keçmiş ərinin yanına qayıtmaq istəyir.
...Bəlkə də əvvəllər indiki sevgilimlə görüşməsəydim, bəlkə də heç düşünmədən qaçardım. İndi isə…
Bunu Başarov bildirib.
Yenə də deyilənlərə görə, qalmaqallı sənətçinin indiki nişanlısı onun xasiyyətini bilir. Belə ki, bir qədər əvvəl Asya çətinliyin Başarovun müsəlman olması ilə əlaqələndirib.
Buna görə də, indi Asya evlilikdə nəyə icazə veriləcəyini və nəyin olmadığını anlamağa çalışır.
Maratın inadkar xarakterinə gəlincə, Borisova etiraf edib ki, onun öhdəsindən gələ bilir.
Nazlı Almuradova