BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrail rəhbərliyini qoşunların Livan ərazisindən çıxarılmasını sürətləndirməyə çağırıb.
SİA-nın məlumatına görə, bu barədə təşkilatın rəsmi Telegram kanalında ingilis və ərəb dillərində dərc olunan məqalədə deyilir.
...UNIFIL İsrail Müdafiə Qüvvələrinin çıxarılması prosesinin sürətləndirilməsini və Livan silahlı qüvvələrinin Livanın cənubunda yerləşdirilməsini tələb edir.
Bunu təşkilat vurğulayır.
UNIFIL həmçinin ölkədə onsuz da kövrək olan sabitliyi poza biləcək hər hansı hərəkətin qarşısının alınmasının vacibliyində israr edir.
Bundan əlavə, qeyd edilir ki, BMT sülhməramlıları noyabrın 27-də Livanda əldə edilmiş atəşkəs rejiminin pozulması hallarına nəzarəti davam etdirəcəklər.
Bundan əvvəl İsrailin kəşfiyyat xidməti MOSSAD Livandakı radikal şiə qruplaşması “Hizbullah” rəhbərliyinin peycerlərinin partladılması əməliyyatının təfərrüatları barədə danışıb.
Onların sözlərinə görə, YouTube platformasında xüsusi reklam kampaniyası təşkil edilib.
Əli Babayev