...Vladimir Putinin “Oreşnik” adlandırdığı orta mənzilli ballistik raket ən azı 6-7 ildir ki, mövcuddur, ona görə də tamamilə yeni demək doğru deyil.
SİA-nın məlumatına görə, bu barədə “Defence Express” ballistik raketin qalıqlarının tədqiqinin nəticələrinə istinadən yazır.
Nəşr öz mənbələrindən “Oreşnik” hissələrindən birinin seriya nömrəsini və istehsal tarixini göstərən bir fotoşəkil alıb - 12 aprel 2017-ci il.
Ekspertlərin fikrincə, bu o deməkdir ki, rusların noyabrda Dneprdə vurduğu xüsusi raket 2017 və ya 2018-ci ildə yığılıb.
...“Defence Express” qeyd edir ki, məhz 2017-ci ildə ruslar RS-26 “Rubej” raketinin kütləvi istehsalına başlamağı planlaşdırırdılar.
Əvvəllər bir çox ekspertlər hesab edirdilər ki, “Oreşnik” sadəcə olaraq artıq tanınmış RS-26 raketinin yeni adıdır. Bundan belə nəticəyə gəlir ki, texnoloji cəhətdən raketin özü daha köhnədir, çünki 2017-ci il xüsusi hissənin istehsal edildiyi ildir.
Beləliklə, raketin dizaynı 2010-cu illərin əvvəllərində, hətta daha əvvəl başlayıb.
...Son nəticədə, 2017-ci ildə Rusiya Federasiyasında orta mənzilli ballistik raket üçün idarəetmə sisteminin artıq metalda olması faktı bir daha sübut edir ki, Kreml ABŞ-la Orta mənzilli Nüvə Qüvvələri haqqında müqaviləni fəal şəkildə pozurmuş. Özü də təkcə “İsgəndər” raketlər ilə deyil.
Bunu analitiklər əlavə ediblər.
Əli Babayev