Bayden ölüm cəzasının tətbiqinə qarşı olduğunu vurğulayıb

23 Dekabr 2024 19:24 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden ölkədə ölüm cəzası gözləyən 40 federal məhkumdan 37-nin cəzalarını ömürlük həbsə çevirdi.

SİA-nın məlumatına görə, ABŞ-da vergi qaçırmaq və qanunsuz silah əldə etməkdən günahkar sayılan oğlu Hunter Baydeni əfv etdiyi üçün tənqid edilən prezident mövzu ilə bağlı açıqlama verib.

Ağ Evdən verilən açıqlamaya görə, Bayden "Bugün ölüm cəzası gözləyən 40 federal məhkumdan 37-nin cəzalarını şərti azadlıq imkanı olmadan ömürlük həbsə çevirirəm" ifadəsini istifadə edib. O, ölüm cəzalarının tətbiqinə qarşı olduğunu vurğulayaraq "Yeni bir idarəetmə mənim dayandırdığım ölüm cəzalarını bərpa edərsə, vicdanım buna icazə verməz" şərhini verib.

Federal məhkumların ölüm cəzalarına qarşı olduğunu açıqlayan Cozef Bayden 2021-ci ildə bu cəzaları müvəqqəti olaraq dayandırmaq məqsədilə moratorium elan etmişdi.

Prezidentliyə yeni seçilən Donald Tramp isə seçki kampaniyası zamanı narkotik və insan qaçaqmalçılarının ölüm cəzası alması lazım olduğunu bildirmişdi.