"Qaqauz hakimiyyəti Sandunu ölkə prezidenti kimi tanımır"

23 Dekabr 2024 19:15 (UTC+04:00)

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bazar ertəsi, dekabrın 23-də bildirib ki, regional hakimiyyət Maia Sandu ölkə prezidenti kimi tanımır.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. ...2023-cü ildə Qaqauziyada muxtariyyət rəhbəri seçkiləri keçirildi, müxalifət partiyası olan “Şor” Qutsul qalib gəldi. Kişinyovda partiya konstitusiyaya zidd elan edilib, qeyri-qanuni maliyyələşmədə ittiham edilib, liderlərinə qarşı cinayət işi açılıb.

Bundan əlavə, Sandu Qutsulu hökumətin üzvü kimi təsdiq edən fərmanı imzalamayıb, baxmayaraq ki, bu, ölkə qanunvericiliyində tələb olunur.

...Mərkəzi hökumət Qaqauziyanın legitim hökumətini tanımadığı kimi, biz də bu prezidenti tanımırıq, çünki prezident seçkilərində saxtakarlıqlar olub. Əks təqdirdə layiqli namizəd qalib gələcəkdi, o, indi burada Qaqauziyadakı tədbirdə bizimlə olacaq.

Bunu Qutsul deyib.

Yada salaq ki, 2024-cü il noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib, respublikanın rəhbəri dörd il müddətinə seçilib.

Protokolların 100 faizi işləndikdən sonra Qərbyönlü Fəaliyyət və Həmrəylik partiyasının dəstəklədiyi Sandu 55,33 faiz, müxalif Sosialistlər Partiyasının namizədi, Qaqauziya əsilli Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.

Əli Babayev