Suriya Ərəb Qızıl Aypara Cəmiyyətinin (SARC) Suriyanın paytaxtı Dəməşqdəki qərargahında Türkiyə Qızıl Aypara Dəməşq Nümayəndəliyi açılıb.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin ikinci xarici missiyası olan Türkiyə Qızıl Aypara Dəməşq Nümayəndəliyinin açılış mərasimində Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz, Suriya Qızıl Aypara Cəmiyyətinin sədri Məhəmməd Hazım, Türkiyə Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Əlaqələr və İmmiqrasiya Xidmətləri Baş direktoru Alper Küçük və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.
F.M.Yılmaz və M.Hazım lenti kəsib protokolu imzaladıqdan sonra Suriya Qızıl Aypara Cəmiyyətinin binasında Türkiyə Qızıl Aypara Dəməşq Nümayəndəliyi açılıb. Mərasimdən sonra ehtiyacı olanlara yardım paketləri paylanılıb.