"Kəpəz" klubu qış "transfer pəncərəsi"ndə 3 legioneri ilə yollarını ayıracaq. SİA-nın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihana, malili Lassana Ndiaye və portuqaliyalı Viktor Braqanın xidmətində maraqlı deyil.
Hər üç futbolçu yaxın günlərdə klubu tərk edəcək.
"Sarı-göylər"in baş məşqçisi Azər Bağırov onların əvəzinə heyətə yeni legioner futbolçular qatmağı planlaşdırır.