Əsədin həyat yoldaşı boşanıb Londona qaçmağı planlaşdırır..?

23 Dekabr 2024 15:05 (UTC+04:00)

...Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı ondan boşanaraq Rusiyanı tərk etmək istəyir.

SİA-nın məlumatına görə, bu barədə BILD Türkiyə və Ərəb KİV-lərinə istinadən yazır.

Mənbələrin məlumatına görə, Suriyanın keçmiş birinci xanımı Əsma Əsəd Rusiyada Vladimir Putinin himayəsi altında yeni həyatından narazıdır.

Və ona görə də Londona köçmək istəyir. İddiaya görə, Əsma Suriyadan qaçdıqdan sonra Moskvanı tərk etmək üçün xüsusi icazə almaq üçün Rusiya məhkəməsinə müraciət edib.

...Və hazırda Rusiya hakimiyyəti bu tələbi nəzərdən keçirir.

Qeyd edək ki, Əsma Əsədin Suriya və Britaniya vətəndaşlığı var.

Onu da qeyd edək ki, o, 1975-ci ildə Londonda anadan olub və 25 yaşında Suriyaya köçərək Bəşər Əsədlə ailə qurub. Əsədin özü də Moskvada ciddi məhdudiyyətlər altında yaşayır: onun sığınacaq istəməsi təsdiqlənib, lakin diktatorun Moskvanı tərk etməsi və siyasi fəaliyyətlə məşğul olması qadağandır.

...Və Əsədin Rusiyadakı əmlakı dondurulub.

KİV-in məlumatına görə, söhbət 270 kiloqram qızıl, iki milyard dollar və Moskvadakı 18 mənzildən gedir.

Əli Babayev