Sosial şəbəkədə olan trendlər asılılıq yaradır? - TƏLİMÇİ AYDINLIQ GƏTİRDİ

23 Dekabr 2024 13:05 (UTC+04:00)

“Sosial şəbəkədə olan trendlər asılılıq yaradır". Bu sözləri SİA-ya açıqlamasında Ailə və uşaq psixoloqu, təlimçi Aynur İsmayılova deyib.

Onun fikirlərinə görə, son zamanlar sosial şəbəkələrin bu qədər geniş inkişaf etməsi, eyni zamanda hər psixologiyaya uyğun insanların müxtəlif video yayımlaması bu bir kolektiv şüuraltıya təsir edən mexanizma olaraq gənclərdə həvəs yaradır. Heç bir gəncdə həvəs olmasa belə bir-birindən nümunə götürərək cürbəcür videolar yayırlar. Bu videolar təbii ki bəzən neqativ təsirli ola bilər. Həmin bu videolardan da psixologiyası zəif olan insanlar təsirlənir. Məsələn, bir videoda cəmiyyətə qarşı hər hansı bir zorakılıq kimi, fiziki şiddətə meyil göstərən, yaxud trenddə olan eyni hərəkəti təkrarlamaq kimi olsun, belə gənclər bunları təkrarladıqca özləri də fərqinə varmadan sosial şəbəkə asılılığı yaşayırlar.

Sosial şəbəkə asılılığı yaşayan gənclər özünə qapalı, dərdlərini bölüşməyən, sadəcə internet varsa bizdə varıq deyən bir qurtum yaranmasına səbəb olur. Beləliklə real ünsiyyətdən çəkinən, real həyatda yaşamayan ancaq virtual həyatı olan gənclərə çevrilirlər. Belə gənclər də nəinki intihar etməyə meyilli olurlar, eyni zamanda özlüyündə fiziki sağlamlıqlarına ziyan verirlər. Necəki insanlarla ünsiyyətdə olmurlar, daim evdə vaxt keçirirlər, təbii ki stress və depresiyaya bədənləri alışıq olur. Çünki onlarda bəzi vitaminlər əksikliyi yaranır. Bu gənclər telefonda, sosial şəbəkədə çox vaxt keçirirlər, yuxu pozğunluqları yaşayırlar, bir başa sağlamlıqlarına necə təsir etdiklərinin fərqində deyillər. Hər hansı xəbəri afişa şəklində çox yayırsa, digər gənclərdə fərqində oldu-olmadı nümunə götürürlər. Yəni hər hansı bir psixoloji problemli insan video paylaşırsa, sağlam insanda bəzən bunun çox trendləşməsi nəticəsində ordan nümunə götürüb istədiyini edir".

Xeyrənsə Piriyeva