Yeni il bayramı yaxınlaşdıqca, insanlar istirahətini harada keçirəcəklərini düşünürlər. Bəziləri evdə ailələri ilə, bəziləri isə ölkədaxili yaxud ölkəxaricində qeyd etməyi planlaşdırırlar. Bəs bayram qabağı turların qiymətləri necədir, insanlar razı qalırlarmı? Bu barədə SİA-ya açıqlamasında "Madina" Turizm Agentliyinin rəhbəri Hüseyn Quliyev deyib.
O bildirib ki,Yeni il ərəfəsində bir sıra ölkədaxili və ölkəxarici turlar baş tutur. Bu turlar digər turlardan əsasən Yeni ilə yığılmış xüsusi proqramla seçilirlər: "Ölkədaxili turlara daha çox üstünlük verilən regionlar Qəbələ, Quba-Qusar və Lənkaran-Lerik zonasıdır. Ölkəxarici turlara isə ən çox gedilən Türkiyənin bir sıra şəhərləri və Rusiyanın paytaxtıdır. Əlavə olaraq qiymətlər Yeni il ərəfəsində kəskin sürətdə artır. Buna səbəb isə turizm obyektlərinin və otellərinin qiymətini qaldırmasıdır.
Üstünlük çox olduğu və bayram ərəfəsi olduğu üçün qiymətlər həm istər restoranlarda, həm də istərsə otellərdə özünü digər günlərdən daha çox fərqləndirir. İnsanlar isə təbii ki, bu qiymətlərdən şikayətçidirlər. Buna səbəb isə digər tur paketlərdən "Yeni il" tur paketlərinin daha yuxarı olmasıdır”.
Xeyrənsə Piriyeva