""Böyük Qayıdış" layihəsi çərçivəsində 6561 sakin tibbi müayinədən keçirilib"

23 Dekabr 2024 11:47 (UTC+04:00)

“Stasionar müraciətlərin sayının artması ilə əlaqədar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə, Pediatriya və İnfeksion xəstəliklər şöbəsinin çarpayı fondu artırılıb”. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. O bildirib ki, xəstəxanalarda tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə Şamaxı və Zaqatala rayon mərkəzi xəstəxanalarının yeni bina tikintisi ilə bağlı layihələrə də müvafiq rəylər hazırlanıb: “Məhəmmədi modul tipli xəstəxana”da Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin (Terapevtik reanimasiya) 40 çarpayılıq İntensiv terapiya bölməsi yaradılıb.

Hövsan Sağlamlıq Mərkəzi, Çilov Ailə Sağlamlıq Mərkəzi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının strukturunda 7 həkim məntəqəsi yaradılıb.

Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib.

İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib: “Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.

“Böyük Qayıdış” layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib.

2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub”.