Azərbaycanlıların təfəkküründə, tarixi yaddaşında digər xalq və inanclara dözümsüzlük təcrübəsi yoxdur. Bizim üçün etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən faktordur. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşadığımızı vurğulayan sədr dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara qucaq açan, təhlükələrdən mühafizə edən güclü dövlətimizin olduğunu bildirib.